Bakı 7˚C Mostly cloudy

AQTA baytarlıq apteklərində nöqsanlar aşkarladı

Gündəm 10:52 09 yan, 2023
AQTA baytarlıq apteklərində nöqsanlar aşkarladı

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) müfəttişləri Gəncə, Naftalan şəhərləri və Göygöl, Daşkəsən, Goranboy, Samux rayonlarında fəaliyyət göstərən 42 baytarlıq aptekində monitorinq aparıb.

AQTA-dan Qazet.az-a verilən məlumata görə, yoxlama zamanı 32 adda istifadə müddəti bitən, 3 adda etiket məlumatları göstəricilərinə uyğun olmayan, 6 adda saxlanma şəraiti və temperatur rejiminə əməl edilməyən baytarlıq preparatı aşkar edilib.

Aşkar olunan nöqsanlarla bağlı aptek sahiblərinə icrası məcburi göstərişlər verilib və istifadəyə yararsız preparatlar məhv edilib.