Araik Arutunyana sui-qəsd olub - Erməni KİV
Gündəm
18:24 07 okt, 2021
Arutunyanın vəziyyəti ilə bağlı heç bir məlumat yoxdur
Qondarma rejimin rəhbəri Araik Arutunyana sui-qəsd olub.
Qazet.az xəbər verir ki, bu barədə voskanapat.info saytının əməkdaşı Karen Andriyan yazıb.
Erməni jurnalistin iddialarına görə, Arutunyana qarşı bu gün səhər saat 11 radələrində Xankəndidə sui-qəsd olub. Məlumatda qeyd olunur ki, Arutunyan avtomobilindən düşərkən ona silahlı hücum olub. Nəticə Araik yaralanıb.
Xəbərdə bildirilir ki, sui-qəsdi həyata keçirənlər isə “Qayıdan qəhrəmanlar” adlı təşkilatın üzvləridir. Hələlik Arutunyanın vəziyyəti ilə bağlı heç bir məlumat yoxdur. "Hücum edən şəxsin zərərsizləşdirildiyini şəhər sakinləri təsdiq edir" deyə Karen Andriyan bildirib.