Araikin yeni HOQQASI - Xankəndi sakinlərinə odlu silah paylanacaq
Gündəm
22:55 10 noy, 2021
Son olaraq Arutyunyan yerli sakinlərin könüllü olaraq patrul xidmətini təşkil etməsini də istəyib.
Xankəndidə özünə “yurd” salan separatçıların rəhbəri Araik Arutyunyan “dqr” sərhədlərini qorumaq üçün yeni üsul tapıb.
Qazet.az xəbər verir ki, Arutyunyan Xankəndidə və digər ərazilərdə yaşayan mülki ermənilərə odlu silah verilməsini gündəmə gətirib. Bundan başqa “prezident” sərhədləri möhkəmləndirmək üçün rus sülhməramlıları ilə sıx əməkdaşlıq etməyi təklif edib.
Son olaraq Arutyunyan yerli sakinlərin könüllü olaraq patrul xidmətini təşkil etməsini də istəyib.