Bakı 26˚C Mostly cloudy

Arayik Arutunyan Xankəndidə dindirildi

Siyasət 19:35 05 okt, 2021

Separatçı lider müharibəyə görə cavab verəcək

Arayik Arutunyan Xankəndidə dindirildi

Qarabağ terrorçularının rəhbəri Arayik Arutunyan Xankəndidə dindirilib.

Qazet.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı xəbər verib.

Arutunyan İkinci Qarabağ müharibəsi zamanı, separatçı rejimin rəhbərliyinin yol verdiyi səhvlərin araşdırılması çərçivəsində dindirilib.

Ermənistan İstintaq Komitəsi və Baş Prokurorluq müharibədə yol verilən hərbi səhvlərlə bağlı nəzarəti həyata keçirir.

Arayik Arutunyanın yaxın zamanlarda həbs olunacağını Ermənistan mediası bir neçə material dərc edib.

Mənbə