Bakı 18˚C Mostly sunny

ARDNF vəsaitlərinin gəlirliliyini artıracaq

Biznes 16:35 28 noy, 2022
ARDNF vəsaitlərinin gəlirliliyini artıracaq

2023-ci ildə Dövlət Neft Fondunun (ARDNF) vəsaitlərinin illik gəlirliliyi 2,05 % təşkil edəcək.

Qazet.az xəbər verir ki, bu barədə Hesablama Palatasının Fondun gələnilki büdcəsinə verdiyi rəydə bildirilir.

Sənəddə həmçinin deyilir ki, bu, 2022-ci ilin proqnozuna nisbətən 0,35 faiz bəndi çoxdur.

Gələn il ARDNF borc öhdəlikləri və pul bazarları alətləri üzrə 1,56 % (bu ilin proqnozuna nisbətən 0,86 faiz bəndi çox), səhm portfeli üzrə 3,64 % (1,06 faiz bəndi az), daşınmaz əmlak portfeli üzrə 5 % (0,2 faiz bəndi az) gəlirliliyə nail olmağı planlaşdırır.