Bakı 5˚C Windy

Arestoviç: “Müharibə azı yarım il də davam edəcək”

Xəbərlər 09:14 18 dek, 2022
Arestoviç: “Müharibə azı yarım il də davam edəcək”

Ukraynadakı müharibənin yaxın altı ayda bitməsi ehtimalı azdır, ona görə də belə bir vaxt çərçivəsini nəzərə alsaq, döyüşləri artıq uzanan münaqişə adlandırmaq olar.

Qazet.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin müşaviri Oleksiy Arestoviç “Feygin Live” verilişinin yayımında bildirib.

Prezident Ofisinin rəsmisi uzanan münaqişənin məhz Ukrayna üçün təhlükəli sayılmasını izah edib:

“Heç kim uzunan münaqişəni sevmir və bu hamı üçün təhlükəlidir. Hələ Sun Dzı da deyib ki, müharibə sürəti sevir və süründürməçiliyi sevmir. Uzunan münaqişə nədir? Bu, bir il yarım-iki il və ya bir ildən çoxdur. Başa düşürük ki, 2 aydan sonra müharibə qətiyyən (qeyri-normativ leksika – red.) bitəsi deyil. Hətta bu iki aydan sonra onun daha 6 ay bitməyəcəyinə güclü şübhələrim var. İl yarım - bu, prinsipcə uzanan münaqişə kimi təsnifatlandırıla bilər”.