Argentina lideri: Bu, dövlət çevrilişidir!
Gündəm
01:32 09 yan, 2023
Braziliyanın paytaxtında baş verənlər dövlət çevrilişinə cəhddir.
Qazet.az xəbər verir ki, bu sözləri Argentina Prezidenti Alberto Fernandes deyib.
O, Braziliya Prezidenti Lula da Silvanı dəstəklədiyini bildirib.
Qeyd edək ki, Braziliyada keçmiş prezident Jair Bolsonarunun tərəfdarları Konqres binasını ələ keçirib.