Argentina millisi üçün şok: Messi zədəlidir
İdman
00:22 16 dek, 2022
Komandası ilə Dünya Çempionatının finalına vəsiqə qazanan Lionel Messi Argentina millisinin son məşqini buraxıb.
Qazet.az xəbər verir ki, onun sol ayağında zədəsi var.
Xorvatiyanı 3:0 hesabı ilə darmadağın etdikləri yarımfinal matçında bud nahiyyəsindən xəsarət alan forvardın durumu barədə rəsmi məlumat verilməyib.
Qeyd edək ki, Argentina millisi DÇ-2022-nin finalında dekabrın 18-də Fransa ilə qarşılaşacaq. Görüş saat 19:00-da başlayacaq.