Bakı 5˚C Dreary

Argentina yığması yoldaşlıq görüşündə BƏƏ millisini darmadağın edib

Gündəm 02:30 17 noy, 2022
Argentina yığması yoldaşlıq görüşündə BƏƏ millisini darmadağın edib

Noyabrın 16-da Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Argentinanın futbol üzrə milli komandaları arasında yoldaşlıq oyunu keçirilib.

Qazet.az xəbər verir ki, görüşdə hesab 17-ci dəqiqədə açılıb. Xulian Alvares Lionel Messinin ötürməsini qola çevirib.

Bundan 8 dəqiqə sonra Anxel di Mariya komandasının hesabdakı üstünlüyünü artırıb, 36-cı dəqiqədə isə dubl edib. Qarşılaşmanın 44-cü dəqiqəsində Lionel Messi fərqlənib. 60-cı dəqiqədə Rodriqo de Paulun dəqiq ötürməsindən sonra Xoakin Korrea görüşün yekun hesabını Argentinanın xeyrinə müəyyənləşdirib – 5:0.

Qeyd edək ki, Argentina dünya çempionatı çərçivəsində növbəti oyununu keçirəcək. Noyabrın 22-də milli Səudiyyə Ərəbistanı yığması ilə qarşılaşacaq.