Bakı 8˚C Mostly cloudy w/ showers

Argentinada qələbə paradı keçirilir

İdman 11:57 20 dek, 2022
Argentinada qələbə paradı keçirilir

DÇ-2022-nin qalibi olan Argentina millisinin paytaxt Buenos-Ayresdə çempionluq paradı başlayıb.

Qazet.az-ın məlumatına görə, hazırda ölkədə səhər saatları olmasına baxmayaraq, küçələri dolduran on minlərlə azarkeş mundialın qaliblərini salamlayıb.

Yığma üzvləri xüsusi avtobusla paytaxt küçələrini dolaşaraq, dünya kubokunu nümayiş etdirirlər.

Qeyd edək ki, Argentina millisi Qətərdəki dünya çempionatının finalında Fransa millisinə qalib gəlib.