Bakı 9˚C Intermittent clouds

Argentinada təyyarə qəzaya uğradı - 4 nəfər öldü

Gündəm 04:16 02 iyl, 2022

 Hadisə ilə əlaqədar hava limanı müvəqqəti bağlanıb. 

Argentinada təyyarə qəzaya uğradı - 4 nəfər öldü

Argentinanın Rio-Qrande şəhərinin hava limanında göyərtəsində tibb işçilərinin olduğu təcili yardım təyyarəsi qəzaya uğrayıb.

"Unikal"ın xəbərinə görə, bu barədə cnn telekanalı məlumat yayıb .

Təyyarə Buenos-Ayresdə müalicə olunan uşağı Tierra del Fueqo əyalətinin ən böyük şəhərinə çatdırıb, sonra geri uçub. Təyyarədə iki pilot, bir həkim və bir tibb bacısı olub.

İlkin məlumatlara görə, təyyarə havaya qalxarkən hava limanının yaxınlığında yerləşən binalardan biri ilə toqquşub. Hadisə ilə əlaqədar hava limanı müvəqqəti bağlanıb.