Argentinada təyyarə qəzaya uğrayıb, ölənlər var
Gündəm
09:13 25 sen, 2021
Qəza nəticəsində 2 nəfər ölüb.
Argentinanın Buenos-Ayres əyalətində təyyarə qəzaya uğrayıb.
Qazet.az xəbər verir ki, bu barədə yerli "Todo Noticias" telekanalı məlumat yayıb.
Qəza nəticəsində 2 nəfər ölüb. Təyyarədə başqa sərnişin olmayıb.
İlkin məlumatlara görə, təyyarə aeroklubun ərazisindən qalxarkən Berasategui rayonundakı magistral yolun yaxınlığında qəzaya uğrayıb.
Hadisənin səbəbləri hələ müəyyən edilməyib.