Bakı 21˚C Sunny

Argentinada üzərində Messinin təsviri olan əskinaslar dövriyyəyə buraxılacaq

Maraqlı 08:11 22 dek, 2022
Argentinada üzərində Messinin təsviri olan əskinaslar dövriyyəyə buraxılacaq

Argentina milli bankının nümayəndələri milli komandanın kapitanı Lionel Messinin şəklini əskinaslara tətbiq etmək üçün variantları nəzərdən keçirirlər.

Məlumata görə, bu yolla ölkədə millinin Qətərdə keçirilən 2022-ci il dünya çempionatındakı qələbəsini əbədiləşdirmək istəyirlər.

Ehtimal olunur ki, Messinin obrazı 1000 peso üzərində əks olunacaq. Bu, əskinasın nominalının Messinin çıxış etdiyi “10” nömrəsi ilə başlaması ilə bağlıdır. Pulun əks tərəfində isə Argentina millisinin baş məşqçisi Lionel Skaloninin ləqəbi olan “La Scaloneta” yazısının qeyd olunması planlaşdırılır.

Xatırladaq ki, Argentina dünya çempionatının finalında Fransa yığmasını məğlub edib. Bu, milli komanda üçün mundialdakı üçüncü çempionaluq olub. Bundan əvvəl argentinalılar 1978 və 1986-cı illərdə kuboku başları üzərinə qaldırıblar.