Bakı 14˚C Sunny

Argentinaya yerli federasiyadan pul mükafatı

İdman 12:35 19 dek, 2022
Argentinaya yerli federasiyadan pul mükafatı

Cənubi Amerika Futbol Konfederasiyasının (CONMEBOL) Qətərdəki dünya çempionatında qalib olduqları üçün Argentina millisinə ödədiyi mükafatın məbləği bəlli olub.

Qazet.az-ın məlumatına görə, bu barədə qurumun prezidenti Alexandro Dominges rəsmi tviter hesabında paylaşım edib.

Komanda final qarşılaşmasından sonra paltardəyişmə otağında 10 milyon ABŞ dolları alıb.

Qeyd edək ki, "tanqoçular" finalda Fransa yığmasını məğlub edib. Argentina seçməsi daha əvvəl 1978 və 1986-cı illərdə titula sahib çıxıb.