Bakı -4˚C Intermittent clouds

Arif Rəhimzadə və Misir Mərdanova mükafatlar təqdim olunub

Siyasət 19:29 19 noy, 2021

Mükafatı YAP sədrinin müavini konfransda təqdim edib

Arif Rəhimzadə və Misir Mərdanova mükafatlar təqdim olunub

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) yaradıcılarından olan məşhur "91-lərin" üzvü, partiyanın Veteranlar Şurasının sədri Arif Rəhimzadəyə “Şərəf” ordeni təqdim edilib.

Qazet.az-ın xəbərinə görə, mükafatı YAP sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov partiyanın təsis edilməsinin 29-cu ildönümünə həsr olunan konfransda təqdim olunub.

Bundan əlavə, sabiq təhsil naziri, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun di­rek­to­ru Misir Mərdanava I dərəcəli “Vətənə xidmətə görə” ordeni təqdim edilib.