Bakı 8˚C Sunny

İdmanla necə arıqlamaq olar? - VİDEO

Maraqlı 14:53 10 apr, 2022

Sağlam arıqlamaq istəyən insanlar sağlam qidalanmalı və idmanla məşğul olmalıdırlar.  

İdmanla necə arıqlamaq olar? - <span style="color:red">VİDEO</span>

İdmana başlamazdan bir saat yarım əvvəl və ya idmandan sonra çox ağır yemək yeməmək lazımdır. Ancaq təbii ki, bu mövzunun daha dərinliyi var. Alınması lazım olan karbohidrat və protein nisbətləri də idman növünə görə dəyişir.

Alkoqollu içkilər, qazlı içkilər, enerji içkiləri, aromatlaşdırılmış qəhvə əvəzinə təbii meyvə şirələri və ya adi su içmək lazımdır.

Fast-food məhsulu almaq əvəzinə yeməyi özümüz hazırlamağımız məsləhətdir.

İnsan bədəni yorğunluğu depressiya və ya stres kimi qəbul edir. Stres meydana gəlməyə başlayan kimi isə böyrəküstü vəzdən bir sıra xüsusi hormonlar ifraz olunur və yağların yanması dayanır. Bu o deməkdir ki, optimal vaxtdan çox məşq etsəniz, əslində yağ yandırmır, sadəcə özünüzü yorursunuz. Başqa sözlə, həddən artıq idman zamanı əzələ itkisi də ola bilər.

İdman fəaliyyətindən sonra bədən təxminən 15-20 dəqiqə və ya 30 dəqiqəyə qədər yağ yandırmağa davam edir. Metabolizm dərhal dayanmır. Bu prosesdə bir saatlıq fəaliyyət son dərəcə təsirli və kifayətdir. Yeni meyarlara görə idman saatının uzunluğu deyil, intensivliyi önəmlidir. 

Ev şəraitində edə biləcək bəzi idman növlərini sizə təqdim edirik.

 

 

Günay Cavanşir