Armen Qriqoryan Aİ-nin nümayəndələri ilə görüşüb
Gündəm
20:28 14 okt, 2022
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İrəvanda səfərdə olan Avropa İttifaqının (Aİ) texniki qiymətləndirmə missiyasının nümayəndələri ilə görüşüb.
Qazet.az xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb."Təhlükəsizlik Şurasının katibi Aİ-nin texniki qiymətləndirmə missiyası üzvlərinin Ermənistana səfərini alqışlayıb və İrəvanın bütün məsələlərdə missiyaya dəstək verməyə hazır olduğunu təsdiqləyib. Tərəflər missiyanın funksiyalarının əhatə dairəsi ilə bağlı bir sıra məsələləri müzakirə ediblər", - məlumatda qeyd olunub.
Qeyd edək ki, Avropa İttifaqından (Aİ) texniki qrup Ermənistan-Azərbaycan sərhədinə missiyanın yerləşdirilməsi məsələsini müzakirə etmək üçün İrəvanda səfərdədir.