Bakı 19˚C Mostly sunny

Arsen Venger baş məşqçi postuna qayıdır

Gündəm 16:47 12 okt, 2021

Venger sonuncu dəfə 2018-ci ildə baş məşqçi funksiyasını yerinə yetirib

Arsen Venger baş məşqçi postuna qayıdır

Hazırda FIFA-da Futbolun inkişafı üzrə direktor vəzifəsində çalışan Arsen Venger 2022-ci ilin yanvarında baş məşqçi postuna qayıdacaq. 

Qazet.az-ın məlumatına görə, 72 yaşlı mütəxəssis Səudiyyə Ərəbistanında "Əl-Hilal" və "Əl-Nəsr" komandalarının ən yaxşı futbolçularını Mövsümlük Ər-Riyad Kubokunun oyununa çıxaracaq. Rəqib isə Fransa PSJ-si olacaq. 

Venger sonuncu dəfə 2018-ci ildə baş məşqçi funksiyasını yerinə yetirib. O vaxtdan fransalı mütəxəssis FIFA-da çalışır. Dünya çempionatının iki ildən bir keçirilmə ideyası məhz ona məxsusdur. 

Qeyd edək ki, Arsen Venger İngiltərə "Arsenal"ındakı 22 illik fəaliyyəti ilə məşhurdur. O, "topçular"la 3 dəfə İngiltərə çempionluğu, 7 dəfə ölkə kuboku və eyni sayda Liqa Kuboku qazanıb. Təcrübəli mütəxəssis mövsüm ərzində uduzmamaqla çempionluq əldə edərək, tarixi nailiyyətə imza atıb.