"Arsenal"da yeni müqavilə
İdman
16:35 25 may, 2022
Futbolçu 10 qolun ötürməsini verib

"Arsenal" futbolçusu Məhəmməd Elneni ilə yeni müqavilə imzalayıb.
Qazet.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 29 yaşlı yarımmüdafiəçi ilə 1+1 illik sözləşmə imzalanıb.
Qeyd edək ki, Elneni 2016-cı ildən "Arsenal"da oynayır. Futbolçu bu müddət ərzində 147 oyunda 5 qol vurub və 10 qolun ötürməsini verib.