Bakı 20˚C Partly sunny

Şirniyyat yeyərək pəhriz saxlaya biləcəksiniz

Maraqlı 09:00 24 apr, 2022

 Almalı pəhriz toplarının resepti

Şirniyyat yeyərək pəhriz saxlaya biləcəksiniz

Şirniyyat yeyərək də pəhriz saxlamaq mümkündür. Ancaq bu şirniyyatın inqridientləri digər şirniyyatlardan çox fərqlənir. 
 

Hər biri 18 kalori olan bu alma topları qəlyanaltılarınızda xilaskarınız olacaq.
Qazet.az almalı pəhriz toplarının hazırlanması qaydasını təqdim edir.

Tərkibi :

2 alma  

6 kəpəkli çubuq kraker 

 3 ədəd qoz ləpəsi  

1 ç/q darçın 

 1 ç/q bal  

Üzəri üçün 1 ç/q kakos 

 Hazırlanması :

1: Almaları rəndələyin.

2: Qazana 1 stəkan su əlavə edib rəndələnmiş almaları 5 dəqiqə bişirin.

3: Krakerləri və qozları un halına salın. 
4: Alma soyuduqdan sonra un qarışığını əlavə edin.

 5: Bir çay qaşığı köməyi ilə toplar düzəldin.

Son addım: Topları kakosa batırın və süfrəyə düzün. 

Nuş olsun, sağlam olun. Qazet.az xoş günlər arzu edir!