Bakı 26˚C Sunny

Nikol Kidman “Qızıl Qlobus” mükafatına layiq görülüb 

Maraqlı 11:35 11 yan, 2022

Cessika Çesteyn (“The Eyes of Tammy Fay”), Ledi Qaqa (“Gucci House”), Oliviya Kolman (“The lost daughter”) və Kristen Stüart (“Spenser”) də bu kateqoriyada mükafat uğrunda mübarizə aparıblar

Nikol Kidman “Qızıl Qlobus” mükafatına layiq görülüb 

Məşhur Hollivud ulduzu Nikol Kidman “Rikardo olmaq” filmindəki roluna görə “Dram janrında ən yaxşı aktrisa” nominasiyasında “Qızıl Qlobus” mükafatını alıb. 

Ekran əsəri 1950-ci illərin populyar “Mən Lüsili sevirəm” ABŞ seriyalının çəkilişlərindən bəhs edir. Real həyatda həyat yoldaşı olmuş aktyorlar Lüsil Boll (Nikol Kidman) və Desi Arnas (Xavier Bardem) şəxsi problemlərini həll etməyə və ictimai həyatda öz yerlərini tapmağa çalışırlar.  

Qazet.az xəbər verir ki, Hollivud Xarici Mətbuat Assosiasiyasının (HFPA) təsisçisinin “Twitter”də dərc olunmuş mesajında ​​qeyd edilib. 

Cessika Çesteyn (“The Eyes of Tammy Fay”), Ledi Qaqa (“Gucci House”), Oliviya Kolman (“The lost daughter”) və Kristen Stüart (“Spenser”) də bu kateqoriyada mükafat uğrunda mübarizə aparıblar.