Bakı 11˚C Windy

15 milyonluq mirasını övladlığa götürdüyü bu şəxsə verəcək

Maraqlı 11:41 02 fev, 2022

O, qocaldıqdan sonra edə bilmədiyi işləri görəcək, həmçinin xəstələnəndə və ömrünün son günlərində ona baxacaq

15 milyonluq mirasını övladlığa götürdüyü bu şəxsə verəcək

Macar əsilli mərhum Hollivud ulduzu Ja Ja Qaborun sonuncu, 9-cu həyat yoldaşı Frederik Prins von Anhalt ölümündən sonra mirasını buraxa biləcəyi bir kimsəsi olmadığı üçün maraqlı addım atıb.

Qazet.az “ Dailymail ” istinadən xəbər verir ki, şahzadə Frederik titulunu və 15 milyon funt-sterlinq dəyərində mirasını vəsiyyət edə bilmək üçün 27 yaşlı Kevin adlı alman əsilli oğlanı övladlığa götürüb.

Kevin şahzadənin dostunun oğludur və razılaşmaya əsasən, o, qocaldıqdan sonra edə bilmədiyi işləri görəcək, həmçinin xəstələnəndə və ömrünün son günlərində ona baxacaq.

Qeyd edək ki, Frederik özü də Almaniyada polis ailəsində dünyaya gəlib. O, 1979-cu ildə alman şahzadəsi Auguste von Anhalt tərəfindən övladlığa götürüldükdən sonra 35 yaşında şahzadə titulu alıb.