Bakı 20˚C Partly sunny

2021-ci ildə itirdiyimiz sənətçilər - SİYAHI

Gündəm 10:10 14 dek, 2021

Əməkdar artist Baloğlan Əşrəfov bu ilin 26 aprelində koronavirus səbəbi ilə dünyasını dəyişib.

2021-ci ildə itirdiyimiz sənətçilər - SİYAHI

2021-ci bitməsinə artıq sayılı günlər qalıb. Geridə qoyduğumuz il sənət aləmində çox sayda itkilərimizin olması ilə yaddaşlarda qaldı. Həmin sənətçilərin bir çoxu dünyanın qurtulmaz bəlasına çevrilən COVİD-19-dan dünyasını dəyişib.

Qazet.az 2021-ci ildə vəfat edən sənət adamlarının siyahısını təqdim edir:

Tanınmış bəstəkar Nailə Mirməmmədli 2021-ci il yanvarın 4-də ürək infarktı keçirərək dünyasını dəyişib.

Xalq artisti Yalçın Rzazadə uzun sürən xəstəlikdən sonra fevral ayının 22-si 74 yaşında vəfat edib. 

Xalq artisti, sevilən aktyor Ramiz Məmmədov bu il mart ayının 21-də xərçəng xəstəliyindən vəfat edib. 

Hər kəsin “Rəmiş” olaraq sevdiyi Xalq artisti Rafiq Hüseynov da bu il aprelin 5-də vəfat edib. O, ağ ciyərində olan problemlərdən əziyyət çəkirdi. Ölüm diaqnozu isə koronavirus səbəbi ilə olduğu açıqlanıb.

Əməkdar artist Baloğlan Əşrəfov bu ilin 26 aprelində koronavirus səbəbi ilə dünyasını dəyişib.

Xalq artisti, tanınmış kinorejissor və ssenarist Eldar Quliyev bu il aprelin 16-da ürəyindən müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Qazaxıstanda dünyaya gələn müğənni Aslan Hüseynov bu ilin may ayının 4-ü avtomobil qəzasında dünyasını dəyişib. Sənətçi Gəncədən gələrkən yol nəqliyyat hadisəsi nəticəsində həyatını itirib.

Xalq artisti Arif Quliyev bu ilin mayında koronavirus infeksiyasına yoluxub. O, müalicə alsa da, mayın 7-də xəstəxanada dünyasını dəyişib.

Xalq şairi Musa Yaqub bu ilin 7 mayında 84 yaşında dünyasını dəyişib. Qeyd edək ki, şair parkinson xəstəliyindən əziyyət çəkirdi.

Xalq rəssamı Tahir Salahov 21 mayda Almaniyada müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.

Əməkdar artist Zöhrə Abdullayeva da 2021-ci ildə itirdiyimiz sənətkarlardan biri olub. O, mayın 28-də uzun sürən “sklerodermiya” xəstəliyindən dünyasını dəyişib.

Xalq artisti Ramiz Əzizbəyli də bu ilin yayında koronavirusa yoluxub. Aktyor yerləşdirildiyi xəstəxanada iyunun 9-da dünyasını dəyişib.

Dövrünün “toylar kralı” sayılan, xalq artisti Səməd Səmədov iyulun 24-də dünyasını dəyişib. Onun ölümünə səbəb isə koronavirus olub.

Məlahətli səs sahibi, sevilən müğənni Səyyad Əlizadə sentyabrın 30-da koronavirus infeksiyası səbəbi ilə vəfat edib.

Xalq artisti Canəli Əkbərov bu ilin 22 oktyabrında 81 yaşında dünyasını dəyişib. Xanəndə II Fəxri Xiyabanda dəfn edilib.