Bakı 14˚C Sunny

2022-ci ilin sevgi bürcləri

Maraqlı 11:16 21 dek, 2021

Yeni 2022-ci il sevgi həyatınız necə olacaq

2022-ci ilin sevgi bürcləri

2022-ci ilə sayılı günlər qalıb. Yaşadığımız qayğılı, hüzn və kədərli, pandemiyalı ili geridə qoyub 2022-ci ilə yeni ümidlər və böyük gözləntilərlə keçməyi düşünürük. Astroloqlara görə, yeni il bürclər üçün daha fərqli keçəcək. İstər sevgi həyatı, istərsə də karyera baxımından.

 

Qazet.az  2022-ci ilin hansı bürclərə şans gətirəcəyi ilə bağlı proqnozu təqdim edir:

 

2022-ci ildə Qoç bürcü sağlam münasibətlər axtaracaq. Bunu təmin edəcək şərtlərə üstünlük verəcək və daha seçici olacaqsınız. Saturn sizə təhsil və təlimlə bağlı fürsətlər təqdim edəcək. Cazibəniz artdıqca mübarizə aparacağınız mövzularda uğurlu işlər görəcəksiz. Cazibədar Qoç, yeni insanlarla tanış olmaq üçün sosial mühitlərdə olmalıdır.

 

 

Buğalar 2022-ci il arzularınıza doğru addım atmaq üçün düzgün zamandır. Əsla "mən xəyal qurmuram” deməyin, çünki belə uğurlu il qarşınıza 12 ildən sonra çıxacaq. İzdihama qarışmamalı və xəyallarınızı gerçəkləşdirmək üçün kiçik də olsa, addımlar atmalısınız. Həyatın sizi necə dəstəklədiyinə inanmayacaqsınız. 

 

 

Sevgili Əkizlər, 2022-ci ilin ən çox sevgi macəralarınız gündəmdə olacaq. Karyerada irəliləyəcək və yeniliklər qazancaqsınız. İntizamlı Saturn sizi dəstəkləməyə davam edəcək.

 

 

Xərçənglər 2022-ci ildə xaricdə yaşamaq, akademik karyera qurmaq, bol-bol səyahət etmək şanslarını qazanacaq və gözlədikləri dəstəyi alacaqlar. Bu sahədə olduqca şanslı və bərəkətli olacaqlar. Yaradıcılıq sahəsində uğur qazancaqlar.

 

 

Şirlər eşq həyatınızdakı problemlər sona çatacaq. Mart ayında sevgi planeti Venera və döyüşçü Mars sizə güc verəcək.  Yanlış münasibətlər qurmaq istəmirsinizsə, doğru zamanı və insanları seçməli, vaxt itirən əlaqələrdən qaçmalısınız.  Partnyorunuzla gücünüzü birləşdirəcəksiniz. Mayın 16-da baş verəcək Ay tutulması bəzi şirləri narahat edə bilər.

 

 

Qız bürcündə doğulanlar, evlilik üçün ən şanslı  il olacaq. 12 illik gözləntilərinizin qarşılığını görə biləcəksiniz. İşi-gücü atıb ətrafınıza yaxşıca baxmalısınız. Sərgilərə, dəvətlərə, konsertlərə getməli, sosiallaşmalı, fürsətləri əldən verməməlisiniz. 2022 evlilik ili ola bilər. Evli olan qız bürcləri isə münasibətlərindəki bütün problemləri həll edəcəklər. 

 

 

2022-ci il Tərəzilər üçün yeni fürsətlər ili olacaq. Cəsarət və özünəinam sayəsində addımlar atmaqdan çəkinmədiyiniz bir il yaşayacaqsınız. 2022-ci il unudulmaz illəriniz arasında olacaq. Xəyallarınızı xatırlayacaq, etmək istədiyiniz hər şeyi edəcəksiniz. Yeni işlər qura bilərsiniz. 2022-ci ildə üzünüzə güləcək!

 

 

Əqrəblər 2022-ci ildə sevgi sahəsində çox şanslı olacaqlar. Əyləncə və macəralarla dolu bir il sizi gözləyir. Uzun illər boyu, 2022-ci ilin nə qədər gözəl keçdiyini xatırlayacaqsınız. Evli olanlar uşaq məsələsində olduqca şanslı olacaqlar. 

 

 

Oxatanlar üçün  2022-ci il əmlak məsələlərinin həlli baxımından uğurlu olacaq. Ailəvi mövzularda illərdir bitməyən problemlər həllini tapacaq.

 

 

Oğlaq bürcü üçün  2022-ci ildə səyahət və təhsil məsələləri gündəmdə olacaq. Yeni insanlarla tanışacaqsınız. Bəziləri ticarətlə maraqlanmağa başlayacaqlar. Hətta bu mövzuda uğur əldə etmə ehtimalları yüksəkdir. Ətrafınızın izdihamlı olacağı il sizi gözləyir.

 

 

Dolça bürcü həm maddi, həm də mənəvi baxımdan olduqca bərəkətli il olacaq. Yeni investisiyalar gözlənilir. Bu ilin dəyərini bilməlisiniz. 2022-ci il maliyyə məsələlərində ən şanslı ilinizdir.
 


Balıqlar üçün bu il səyahət baxımından uğurlu olacaq. Onları bol şanslar və uğurlar gözləyir. Münasibətlərdə və karyerada yeni nailiyyətlər olacaq. Təhsilinizi artırıb karyeranıza dəstək verə biləcəksiniz. 2022-ci ildə yeni dostlar və yeni münasibətlər qazanacaqsınız.