Bakı 7˚C Sunny

Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 7 %-dən çox artıb

Biznes 10:55 13 avq, 2022

 Bunun 3 milyard 704,2 milyon manatlıq hissəsi hüquqi şəxslərə məxsus olub

Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 7 %-dən çox artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 7,2 % artaraq 4 milyard 910,5 milyon manat təşkil edib.

Qazet.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilir ki, bunun 3 milyard 704,2 milyon manatlıq hissəsi hüquqi şəxslərə məxsus olub ki, bu da, xidmətlərin ümumi dəyərinin 75,4 %-ni təşkil edib.

7 ay ərzində hər bir ölkə sakini orta hesabla 488,5 manatlıq və yaxud 1 il əvvələ nisbətən 72,9 manatdan çox dəyərdə müxtəlif ödənişli xidmətlərdən istifadə edib.