Bakı 7˚C Sunny

30 noyabr - Günün ulduz falı

Maraqlı 11:44 30 noy, 2021

Çərşənbə günü bürclər haqqında məlumatlar

<span style="color:red">30 noyabr - Günün ulduz falı</span>

Qoç
Çox ehtimal ki, ailə üzvlərinizlə bağlı vacib xəbər alacaqsınız. Qohumlarınızın dəstəyilə çoxdankı planlarınızı reallaşdıra biləcəksiniz. Ancaq gün mübahisəsiz ötüşməyəcək. Bütün vacib qərarları sərbəst versəniz faydasını görəcəksiniz.

Buğa
Şəxsi həyatda vacib və xoş dəyişikliklər olacaq. Bürcün nümayəndələrini günün xoş hadisələri sevindirəcək. Gün qonaq qəbulu, evdə şənlik keçirmək üçün münasib hesab olunur. Buğalar həvəslə ev işlərilə məşğul olacaq, övladlarına vaxt ayıracaqlar.

Əkizlər
O qədər də ürəkaçan gün deyil. Məqsədə çatmaq şansınız olacaq, amma bu asan başa gəlməyəcək. Yaxınlarla münasibətləriniz də qaydasında olmayacaq. Kompromisə getməyi bacarsanız, gün daha uğurlu olacaq. Şəxsi müstəvidə çoxdankı arzunuza çatacağınız da istisna edilmir.

Xərçəng
Məhsuldar bir gün olacaq. Əlinizə aldığınız yeni işi uğurla başa vura biləcəksiniz. Ətrafdakıların üzərlərinə düşən işin öhdəsindən heç də həmişə gələ bilməməkləri sizi əsəbiləşdirəcək. Ancaq yumor hssi neqativ hallardan çıxmağa yardımçı olacaq.

Şir
İşdə uğur qazanacağınız gözlənilir. Ehtimal ki, ya əmək haqqınız artırılacaq, ya da vəzifəniz yüksəldiləcək. Istənilən sənədlərin imzalanması üçün münasib gündür. Siz həmişəkindən daha tez yorulacaqsınız. Bu, özünü günün ortalarında büruzə verəcək.

Qız
Ehtimal ki, əhəmiyyətli miqdarda gəliriniz olacaq. Bu gün hansısa layihəyə pul yatırsanız, xeyrini görəcəksiniz. Fəaliyyət dairənizi genişləndirmək imkanı olacaq. Cəlbedicilik qabiliyyətiniz əks cinsin nümayəndlərini sizə qarşı biganə qalmamağa vadar edəcək.

Tərəzi
Rəhbərliklə aranızda mübahisə yaranacağı ehtimal olunur. Xoşbəxtlikdən siz daha tez güzəştə getməyi bacaracaqsınız. Bu səbəbdən də günün gedişi xoşagəlməz izlər buraxmayacaq. Başınızı işlə yükləməyin, bir az da dost-tanışla söhbət etməyə vaxt ayırın. Son günlər sizi narahat edən məsələləri müzakirə edə bilərsiniz.

Əqrəb
Əlinizə düşən ilk fürsətdə liderlik xüsusiyyətinizi nümayiş etdirəcəksiniz. Bu səbəbdən də tez-tez diqqət mərkəzində olursunuz. Yaxşı olar ki, kifayət qədər tanımadığınız adamlarla ünsiyyətdə olarkən diqqətli olasınız. Onlar sizin enerjinizdən şəxsi məqsədləri üçün istifadə edə bilərlər.

Oxatan
Günün birinci yarısı sakit keçəcək. Qabaqcadan qurduğunuz plan əsasında hərəkət edə biləcəksiniz. Günorta vaxtları mötəbər şəxslərdən biri ilə görüşünüz olacaq. O, sizə dayaq duracağını vəd edəcək. Günün ikinci yarısında yaşlı qohumlarla aranızda gərginlik yaşanacaq.

Oğlaq
Bu gün sevdiklərinizə yaxşı münasibət bəsləyəcəksiniz. Gün yaxınlarınızın qayğısına qalmaq baxımından əlverişlidir. Günün ortalarında hökumət orqanlarının nümayəndələrilə əlaqədə olacaqsınız. Axşam əhvalınızın korlanacağı bildirilir.

Dolça
Bu gün sizin istedadınız və ya hansısa bacarığınz diqqət çəkəcək. Kifayət qədər maraqlı tanışlarınız peyda olacaq. Romantik münasibətiniz harmonal inkişaf edəcək. Sevdiyiniz adama qarşı səmimi olmağınız məsləhətdir.

Balıq
Işgüzar münasibətlər baxımından məhsuldar gün deyil. Əgər təyin etdiyiniz görüşü təxirə sala bilmirsinizsə, onda bu gün danışığınıza xüsusi diqqət yetirin. Yaxşı olar ki, daxili sakitliyinizi qoruyasınız. Əks halda münaqişədən qaça bilməyəcəksiniz.