Bakı 13˚C Mostly sunny

31 yaşlı aktrisa qəfil vəfat etdi - FOTO

Maraqlı 14:17 06 yan, 2022

Ulduz ötən gün 31 yaşında qəfildən dünyasını dəyişib

31 yaşlı aktrisa qəfil vəfat etdi -<span style="color:red"> FOTO</span>

Cənubi Koreyada yayımlanan və mübahisələrə səbəb olan "Qardelen" serialının aktrisası, model Kim Min-Su vəfat edib.

Qazet.az xəbər verir ki, ulduz ötən gün 31 yaşında qəfildən dünyasını dəyişib. Kimin hansı səbədən öldüyü açıqlanmayıb.

Qeyd edək ki, aktrisa "Yuminin qəfəsləri", "Tibb bacısı", "Salam ana" kimi məşhur seriallarda rol alıb. O, eyni zamanda məşhur "Hellbound" serialında da rol alıb.

Kimin rol aldığı və hazırda yayımlanan, dram janrındakı "Qardelen" adlı ekran işi isə davamlı olaraq tarixi həqiqətlərin saxta şəkildə gənc nəslə təqdim olunmasına görə, problemlərlə qarşılaşır. Bir neçə dəfə serial rəsmi şikayət olunsa da, müvafiq qurumlar yayımı əngəlləməyib.