4 ayda Ermənistandan təyyarə ilə nə qədər erməni qaçıb?
Gündəm03:1106 may, 2021

Ermənistanda2021-ci ilin 4 ayı ərzində iki aeroportdan (“Zvartnots” və “Şirak”) istifadə edən sərnişinlərin sayı açıqlanıb.

title
Bizi-da oxuyun

Ermənistanda 2021-ci ilin 4 ayı ərzində iki aeroportdan (“Zvartnots” və “Şirak”) istifadə edən sərnişinlərin sayı açıqlanıb.

Qazet.az xəbər verir ki, yanvar-fevral aylarında 154.494, mart-aprel aylarında isə 250.611 nəfərin aeroportlardan istifadə etdiyi bildirilib.

Statistika isə belədir:

Yanvar ayı 64.296 sərnişin – onlardan 31.052 nəfər gəlib, 33.244 nəfər ölkədən gedib.

Fevral ayı 90.198 sərnişin – 31.901 nəfər gəlib, 58.297 nəfər gedib.

Mart ayı 116.481 sərnişin – 42.283 min gəlib, 74.198 min gedib.

Aprel ayı 134.130 sərnişin – 58.978 nəfər gəlib, 75.152 nəfər gedib.

Beləliklə, yalnız 4 ay ərzində Ermənistanın iki aeroportundan gedənlərin sayı gələnlərdən 76.677 nəfər çoxdur.

Qeyd edək ki, mart və aprel aylarında Ermənistandan Rusiyaya biletlərin qiyməti kəskin bahalaşmışdı. Bu isə ciddi tələblə əlaqələndirilirdi. Ermənistanda iqtisadi vəziyyətə görə böyük çoxluq Rusiyaya qaçmağa üstünlük verir.

Təyyarə biletləri kəskin bahalaşdığından, ermənilərin böyük əksəriyyəti ölkəni Lars yolu ilə tərk edir.

axar/az

Fikriniz

  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 0