Bakı 15˚C Mostly sunny

Oğurlanan məşhur əsər illər sonra tapıldı

Maraqlı 12:00 11 may, 2022

Əsərin orijinal olduğu təstiq edilib

Oğurlanan məşhur əsər illər sonra tapıldı

Nostradamus kimi tanınan fransız astroloq Mişel de Nostredamın əlyazması 15 il əvvəl Romadakı kitabxanadan oğurlanıb. Almaniyada keçirilən hərracda tapılmış əsər illər sonra geri qaytarılıb.

1503-1566-cı illər arasında yaşamış fransız həkim, əczaçı, görücü və astroloq Nostradamus xüsusilə "dünyanın sonu"na aid yozumları ilə məşhur idi. Nostradamus öngörücülüyünü göy cisimlərinə əsaslanaraq əsərlərini on cildlik kitablarda toplayıb. Hətta onu peyğəmbər adlandırırdılar.

Bir müddət sarayda həkimlik də edən Nostradamus kəhanətlərində simvollardan, mifoloji istinadlardan, anaqramlardan, hərf oyunlarından və müxtəlif dillərdən istifadə etməsi ilə tanınırdı.

“Profetie di Michele Nostradamo” adlı bu əlyazması isə  15 il idi ki, itib. Kitab Romadakı Barnabit Tarixi Araşdırmalar Mərkəzindən oğurlanıb. 16-cı əsrə aid əlyazma Almaniyada hərrac evi tərəfindən satışa çıxarılarkən yenidən aşkar edilib.

500 səhifəlik əlyazma Almaniyanın Paris və Karlsrue şəhərlərindəki “bit bazarları”ndan keçdikdən sonra Pforzheimdəki hərrac evinə gəlib. İncəsənət əsərlərinin alqı-satqısı ilə məşğul olan Baden-Vürtemberq onu 12 min avroya satışa çıxarıb.

Ötən ilin aprelində İtaliyanın mədəni irsinin mühafizəsi qrupunun müstəntiqləri hərrac evinin saytında müvafiq kitaba rast gəliblər. Əsərin səhifələrindən birində 1991-ci ildə qoyulmuş möhür sayəsində əlyazma onun “Blasi Cairoli del Urbe” Kitabxanasından gəldiyini aşkar edilib. Bu kitabxana sonralar Barnabiti kitabxanasına daxil edilib.

Araşdırmalardan sonra əsərin dünya hadisələrini sirli şəkildə proqnozlaşdırmaqla məşhur olan Nostradamusun Romadan qaçaq yolla çıxarılan orijinal əsəri olduğu müəyyən edilib.

Əlyazma keçən çərşənbə günü Barnabiti Tarixi Araşdırmalar Mərkəzinin Kitabxanasına qaytarılıb.

İtaliyanın mədəni irsinin mühafizəsi komandası 1969-cu ildə yaradılıb. Komanda 53 il ərzində 3 milyondan çox oğurlanmış əşyanın vətənə qaytarılmasında rol oynayıb. Nəhayət, 2021-ci ilin dekabrında İtaliyadan qaçaqmalçılıq yolu ilə gətirilən qədim Roma heykəli və 200 qədim əşya ABŞ-dan geri götürülüb.


Theguardina.com