Bakı 22˚C Mostly sunny

AB ilə İran arasında nüvə görüşü: Narahatıq!

Gündəm 23:05 22 sen, 2021

Görüşdə Borrell İrandan MAQATE ilə tam əməkdaşlıq etməsini istəyib və nüvə proqramının gedişatından narahatlığını bildirib.

AB ilə İran arasında nüvə görüşü: Narahatıq!

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanla Avropa Birliyinin baş diplomatı Jozep Borrell arasında Nyu Yorkda görüş keçirilib.

Qazet.az xəbər verir ki, görüşdə tərəflər nüvə anlaşmasının tam şəkildə icra olunması barədə Vyana danışıqlarının davamı ilə bağlı həmfikir olduqlarını bildiriblər.

Görüşdə Borrell İrandan MAQATE ilə tam əməkdaşlıq etməsini istəyib və nüvə proqramının gedişatından narahatlığını bildirib.