ABŞ-da qaçqınların qəbul limiti artırıldı
Xəbərlər09:3404 may, 2021

Bu barədə Ağ Evin mətbuat xidməti məlumat verib

title
Bizi-da oxuyun

ABŞ prezidenti Cozef Bayden 2021-ci il maliyyə ilində (oktyabrın 1-dən başlanır) qaçqınların qəbul limitinin 62,5 min nəfərə qədər artırılması barədə sənəd imzalayıb.

Qazet.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat verib.

Qeyd edək ki, 2020-ci maliyyə ilində bu göstərici 2019-cu il ilə müqayisədə demək olar, iki dəfə az olaraq 18 min nəfər təşkil edib.

Bildirilir ki, fevral ayında Cozef Bayden bu limitin 2022-ci maliyyə ilində 125 min nəfərə qədər artıracağını vəd edib.

Fikriniz

  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 0

Xəbərlər

Hamısına bax