Bakı 13˚C Cloudy

ABŞ-da sinaqoqda insanları girov götürən şəxs ÖLDÜRÜLDÜ - YENİLƏNDİ

Gündəm 12:09 16 yan, 2022

Silahlı şəxs dörd nəfəri, o cümlədən ravvini girov götürmüşdü

ABŞ-da sinaqoqda insanları girov götürən şəxs ÖLDÜRÜLDÜ - YENİLƏNDİ

ABŞ-ın Texas ştatının Kollivil şəhəri polisi sinaqoqda şübhəli bilinən şəxsin öldüyünü təsdiqləyib.

Bu xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Bundan əvvəl Texasın qubernatoru Qreq Ebbot Kollivilldəki sinaqoqda girov götürülənlərin hamısının azad edildiyini, onların xəsarət almadıqlarını bildirib. “Fort Worth Star-Telegram” konqresmen Beth van Dyne-ə istinadən məlumat verib ki, girov götürülən şəxs ölüb.

"Təxminən (yerli vaxtla-red) saat 21:00 radələrində girovların xilasetmə qrupu sinaqoqa daxil olub, onlar üç girovu xilas ediblər. Şübhəli şəxs ölüb", - Kollivilin polis rəisi Maykl Miller deyib.

Daha əvvəl bildirilirdi ki, silahlı şəxs dörd nəfəri, o cümlədən ravvini girov götürmüşdü.

xxx

00:45

Texas ştatının Kolleyvil şəhərində naməlum şəxs sinaqoqda insanları girov götürüb.

Qazet.az Lenta.ru-ya istinadla xəbər verir ki, bu barədə şəhər polisindən məlumat verilib.

"Hdisə yerində xüsusi təyinatlılar işləyir. Yaxınlıqdakı ərazilərin bütün sakinləri təxliyə olunacaq”, - deyə şəhər polisi "Twitter"də bildirib.

İlkin məlumata görə, silahlı şəxs sinaqoqda olan insanları, o cümlədən ravvin də girov götürüb. Sinaqoqda neçə nəfərin olduğu barədə hələlik məlumat yoxdur.

Qeyd edilib ki, hazırda həmin şəxslə əlaqə saxlanılıb və təhlükəsiz həll yoluna gəlmək üçün səy göstərilir.

İtkilər barədə məlumat yoxdur.(publika.az)