ABŞ-da yüngül atletika üzrə dünya çempionu atışmada öldü
İdman12:0701 dekabr, 2021

Uells yerindəcə, Kinq isə aldığı yaralardan xəstəxanada dünyasını dəyişib

ABŞ-da yüngül atletika üzrə dünya çempionu atışmada öldü
Bizi-da oxuyun

1983-cü ildə Helsinkidə keçirilən dünya çempionatında 4x100 metr məsafəyə estafetdə atletika üzrə dünya çempionu, amerikalı sprinter Emmit Kinq doğma şəhəri Bessemerdə (Alabama) atışma zamanı həlak olub.

Qazet.az-ın məlumatına görə, yerli polis bildirib ki, 62 yaşlı Kinq tanışı Villi Albert Uellslə mübahisə edib. Münaqişəyə girən hər iki şəxs tapançalarını çıxararaq bir-birinə atəş açıb. Uells yerindəcə, Kinq isə aldığı yaralardan xəstəxanada dünyasını dəyişib.

Mənbə: rsport.ria.ru

Fikriniz