Bakı 9˚C Mostly cloudy w/ showers

ABŞ-dan Ş. Koreyaya sərt xəbərdarlıq - “Təxribatı dayandırın”

Siyasət 13:43 20 okt, 2021

ABŞ-ın dövlət katibi Şimali Koreyanın ballistik raket atmasına qarşı xəbərdarlıq edib

ABŞ-dan Ş. Koreyaya sərt xəbərdarlıq - <span style="color:red">“Təxribatı dayandırın”</span>

ABŞ dünən iki ballistik raketini sınaqdan keçirən Şimali Koreyaya təxribatları dayandırmaq barədə xəbərdarlıq edib.

Qazetaz xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü Cen Psaki açıqlama verib.

Sözügedən sınaqlarla əlaqədar ABŞ Müdafiə və Dövlət Departamentinin fəaliyyətlərinin davam etdiyini qeyd edən Psaki Şimali Koreyanın ballistik raket sınağını qınadıqlarını söyləyib.

O, Şimali Koreyanın bu addımının BMT Təhlükəsizlik Şurasının bir çox qərarını pozduğunu və bölgənin təhlükəsizliyi üçün təhlükə yaratdığını vurğulayıb: “Şimali Koreyanı daha çox təxribatdan yayınmağa və davamlı dialoqa qatılmağa dəvət edirik”.

Bölgədə təcili dialoq və diplomatiyaya ehtiyac olduğunu vurğulayan Psaki Şimali Koreya ilə heç bir şərt olmadan görüş təkliflərinin hələ də qüvvədə olduğunu söyləyib.

Mənbə