Bakı 16˚C Partly sunny

ABŞ enerji böhranı ilə bağlı Avropayla təmasda olduğunu bildirib

Gündəm 12:14 15 okt, 2021

Bunu Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays keçirdiyi brifinqdə deyib

ABŞ enerji böhranı ilə bağlı Avropayla təmasda olduğunu bildirib

ABŞ enerji böhranı fonunda Avropadakı müttəfiqləri və tərəfdaşları ilə sıx əlaqə saxlayır.

Qazet.az xəbər verir ki, bunu Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays keçirdiyi brifinqdə deyib.

"Vəziyyətin inkişafından narahatıq və ticarət sessiyaIarını yaxından izləyirik", - Prays bildirib.

Sözçü vurğulayıb ki, yüksək enerji qiymətləri bərpa olunan enerji mənbələrinə keçməyin vacibliyini ortaya qoyur.

Bundan əvvəl Avropa enerji komissarı Kadri Simson qeyd edib ki, Avropa İttifaqının qaz anbarları 77 faiz doludur. Bu, hava şəraitindən asılı olaraq təşkilat ölkələri tərəfindən illik qaz istehlakının təxminən 20%-ni təmin etmək üçün kifayətdir.