Bakı 16˚C Partly sunny

ABŞ şirkəti 17 ildən sonra Rusiya klubu ilə əməkdaşlığı dayandırıb

İdman 16:30 12 may, 2022

Klub hazırda yeni avadanlıq tədarükçüsü axtarır

ABŞ şirkəti 17 ildən sonra Rusiya klubu ilə əməkdaşlığı dayandırıb

"Nike" geyim şirkəti Rusiyanın "Spartak" (Moskva) klubu ilə əməkdaşlığı dayandırıb.

Qazet.az paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, buna Moskva klubunun növbəti mövsüm avrokuboklarda iştirak etməməsi səbəb olub.

ABŞ şirkəti məsələ ilə bağlı "Spartak"ı məlumatlandırıb. Klub hazırda yeni avadanlıq tədarükçüsü axtarır.

Qeyd edək ki, "Nike" 2005-ci ildən "qırmızı-ağlar"ın sponsorudur. Daha əvvəl UEFA İcraiyyə Komitəsi 2022/2023 mövsümü üçün Rusiya komandalarını yarışlardan kənarlaşdırıb.