Bakı 7˚C Sunny

Abşeronda arvadını öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Hadisə 16:05 12 yan, 2022

Cinayət işinin ibtidai istintaqı yekunlaşaraq baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib

Abşeronda arvadını öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Abşeron rayonunda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Sənan Umarovun cinayət işi üzrə məhkəmə iclası başlayır.

Qazet.az xəbər verir ki, cinayət işinin ibtidai istintaqı yekunlaşaraq baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Hafiz Əliyevin sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə ötən il oktyabrın 8-də Abşeron rayonunun Xırdalan şəhərində qeydə alınıb.

Belə ki, həmin ərazidə fərdi yaşayış evində kirayədə yaşayan 22 yaşlı İnci Umarova həyat yoldaşı 30 yaşlı S.Umarov tərəfindən 25 bıçaq zərbəsi ilə qətlə yetirilib.

Hadisənin namus üstündə törədildiyi bildirilir.

Keçirilən əməliyyat tədbirləri zamanı S.Umarov polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.