Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir
Abşeron rayonunda doqquz gün əvvəl qadını qətlə yetirərək yol kənarına atan şəxslərdən biri saxlanılıb.
Qazet.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Yanvarın 10-da Abşeron rayonu Fatmayı kəndi ərazisində əsas yoldan kənarda üzərində zorakılıq əlamətləri olan 30-35 yaşlarında naməlum qadın meyiti tapılıb. Məlumat daxil olan kimi dərhal polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən əraziyə baxış keçirilib. Qısa zamanda qətlə yetirilən şəxsin Cəlilabad rayon sakini Yenigül Rəhimova olduğu müəyyən edilib.
Abşeron Rayon Prokurorluğu, Abşeron Rayon Polis İdarəsi və Mehdiabad Polis Bölməsi əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış və əməliyyat-istintaq tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Abşeron rayon sakini Seymur Məmmədov saxlanılıb, həmin hadisədə iştirak edən daha bir nəfərin şəxsiyyəti isə müəyyən edilib.
Hazırda onun da saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Araşdırma zamanı müəyyən edilib ki, hadisə günü Seymur Məmmədov və tanışı paytaxtın Nizami rayonundakı kafelərdən birində işləyən tanışları Yenigül Rəhimova ilə görüşüblər.
Onlar şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı avtomobildə qadını qətlə yetiriblər. Daha sonra həmin şəxslər izi itirmək məqsədi ilə meyiti Seymur Məmmədovun yaşadığı Fatmayı kəndinin yaxınlığına gətirərək orada atıblar.
Qeyd edək ki, Seymur Məmmədov və hadisədə iştirak edən digər şəxs əvvəllər dəfələrlə məhkum ediliblər. Onlar cəzaçəkmə müəssisəsində olan zaman tanış olublar.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Qeyd edək ki, bir müddət əvvəl Abşeron rayonunda qadının qətlə yetirilməsi barədə məlumat yayılmışdı.
Zakir Həsənov təlimi izlədi: tapşırıqlar verdi - VİDEO
Bakıda maraqlı təbiət hadisəsi kameraya düşüb - FOTO/VİDEO
Prezident atasının atına da heykəl qoydurur
Bu yol təmir olunur - VİDEO
Azərbaycanda məktəb direktoru vəfat etdi - FOTO
Lənkəranda dəhşət: Ata bilmədən öz oğlunu ÖLDÜRDÜ
Rusiyanın itkiləri AÇIQLANDI
Tanınmış futbolçunu 4 illik həbs cəzası gözləyir
Güclü külək olub, yağış yağıb – FAKTİKİ HAVA
Xankəndidə bütün adlar Azərbaycan dilində yazıldı – FOTO
Fikriniz
- Rəy yazın
- Rəylər
- Zakir Həsənov təlimi izlədi: tapşırıqlar verdi - VİDEO
Bu barədə Qazet.az-a Müdafiə Nazirliyindən məlumat verilib
Hərbi10:40 24.05.2022 - Bakıda maraqlı təbiət hadisəsi kameraya düşüb - FOTO/VİDEO
İldırımın səsindən təşvişə düşən sakinlər onun görüntülərini də lentə alıb
Cəmiyyət10:35 24.05.2022 - Prezident atasının atına da heykəl qoydurur
Eks-prezident atlara xüsusi hörmətlə yanaşır
Dünya10:30 24.05.2022
Azərbaycanın Xalq artisti VƏFAT ETDİ - FOTO
Ordumuz Ağdərədə seperatçılarla TOQQUŞDU: 13 post alındı / VİDEO
Metrodan istifadə edənlər üçün ŞAD XƏBƏR
SON DƏQİQƏ! Ermənilər Qarabağa gedən yük maşınlarını geri qaytardı
Hadisə
Hamısına bax