Bakı 14˚C Sunny

Adriana Lima moda nümayişində görünüşü ilə hər kəsi şoka saldı - FOTO/VİDEO

Maraqlı 11:43 21 apr, 2022

Limanın görünüşü sosial mediada birmənalı qarşılanmayıb

Adriana Lima moda nümayişində görünüşü ilə hər kəsi şoka saldı - FOTO/VİDEO

Top model Adriana Lima yeddi ay əvvəl prodüser Andre Lemmerslə yeni eşq yaşamağa başlayıb.  

Fevral ayında üçüncü dəfə övlad dünyaya gətirəcəyi müjdəsini sosial media hesabından açıqlayan Limanın artıq körpəsinin cinsiyyəti məlum olub.

Qazet.az-ın  “Haber Global”a istinadən məlumatına görə, məşhur cütlük oğlan övladları olacağını bildirib və həmin günü şənlik keçirməklə qeyd edib.

Qeyd edək ki, Lima hamiləliyinə baxmayaraq öz işinə davam edir. Belə ki, model Los-Ancelesdə “Alexander Wang” moda nümayişində qarnını göstərən qara libasla səhnəyə çıxıb. Ancaq Limanın görünüşü sosial mediada birmənalı qarşılanmayıb. Uzun illər idmanla məşğul olan modelin qarın əzələləri diqqət çəkib. Bəziləri məşhur modelin qarın əzələsi əməliyyatı etdirdiyi ilə bağlı düşüncələrini bölüşüblər. Bir istifadəçi isə 20 illik ginekoloqluq təcrübəsinə baxmayaraq, ilk dəfə belə qarın gördüyünü deyib.

İstifadəçilərin əksəriyyəti modelin görünüşünün xoş olmadığını bildirib.