Bakı 13˚C Mostly sunny

AFFA-da icraçı vitse-prezident vəzifəsi ləğv edilir

Gündəm 00:14 22 apr, 2022

Baş katib bildirib ki, bu məsələyə İcraiyyə Komitəsinin qarşıdakı iclasında baxılacaq. Hazırda AFFA-nın icraçı vitse-prezidenti vəzifəsini Elxan Məmmədov yerinə yetirir. 

AFFA-da icraçı vitse-prezident vəzifəsi ləğv edilir

AFFA-da icraçı vitse-prezident vəzifəsi ləğv olunacaq.

"Qazet.az" xəbər verir ki, bunu AFFA-nın baş katibi Sərxan Hacıyev aprelin 21-də jurnalistlərə açıqlamasında deyib.

Baş katib bildirib ki, bu məsələyə İcraiyyə Komitəsinin qarşıdakı iclasında baxılacaq. Hazırda AFFA-nın icraçı vitse-prezidenti vəzifəsini Elxan Məmmədov yerinə yetirir. O, mayın 1-dən FIFA-nın Avropa Milli Assosiasiyaları üzrə direktoru vəzifəsində fəaliyyətə başlayacaq.