Bakı 7˚C Sunny

Ağ Ev ABŞ-Çin liderlərinin danışığı barədə AÇIQLAMA YAYDI

Gündəm 23:27 28 iyl, 2022

Danışıqlar ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana gözlənilən səfəri ilə bağlı xəbərlər fonunda aparılıb.

Ağ Ev ABŞ-Çin liderlərinin danışığı barədə AÇIQLAMA YAYDI

Ağ Ev ABŞ prezidenti Co Baydenlə Çin lideri Si Cinpin arasında bu gün baş tutan telefon danışığı barədə məlumat yayıb.

Qazet.az xəbər verir ki, məlumat Ağ Evin saytında yerləşdirilib.

Bayden söhbət zamanı bildirib ki, Birləşmiş Ştatlar Tayvanla bağlı mövqeyini dəyişməyib və regionda sabitliyin pozulmasına qarşıdır.

Danışıqlar ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana gözlənilən səfəri ilə bağlı xəbərlər fonunda aparılıb.

"Tayvanla bağlı prezident Bayden Birləşmiş Ştatların siyasətinin dəyişmədiyini və Birləşmiş Ştatların status-kvonu dəyişdirmək və ya Tayvan boğazı bölgəsində sülh və sabitliyi pozmaq üçün birtərəfli səylərə qəti şəkildə qarşı çıxdığını vurğulayıb", - məlumatda bildirilir.

Qeyd olunur ki, tərəflər öz komandalarına iqlim və sağlamlıq sahəsində əməkdaşlığı davam etdirməyi tapşırıblar.