Bakı 10˚C Sunny

Ağciyər və qaraciyəri qoruyan qidalar- SİYAHI

Maraqlı 13:21 27 yan, 2022

Bu orqanların sağlamlığını təmin edən qida məhsulları

Ağciyər və qaraciyəri qoruyan qidalar- <span style="color:red">SİYAHI</span>

Müxtəlif qidalar daxili orqanların sağlamlığına fərqli təsi edir. Orqanizmin ən böyük “laboratoriya”sı sayılan qaraciyər və həyati vacib oksigeni qana nəql edən ağciyərlərin normal fəaliyyəti üçün qəbul etdiyimiz qidaların tərkibi çox vacibdir.

Qazet.az-ın araşdırmalarına görə qaraciyərin dostu sarımsaq, çuğundur, ənginardır. Orqanizmdə təbii detoks funksiyasını yerinə yetirən qaraciyərin  qida ilə daxil olan vitamin və mineralları udmaq, bədəndəki zərərli maddələri təmizləmək kimi həyati vəzifələrə sahib olduğu məlumdur.  

Qaraciyər sağlamlığı üçün sarımsaq, yaşıl çay, çuğundur, ənginar, zerdeçal ( Turmeric), tünd yaşıl yarpaqlı tərəvəzlər və zəncəfil misal gətirə edə bilərik.

 

 

Qaraciyər sağlamlığında ilk addım, istehlak edilən qidaların diqqətlə seçildiyi balanslı bir pəhriz proqramı olmalıdır. Doğru qidalar antioksidant təsirləri ilə qaraciyəri təmizləyir və qoruyur.

Spirtli içkilərdən istifadənin və həddindən artıq yağlı qidalar qaraciyər piylənməsi, hepatit və serroz kimi ağır qaraciyər xəstəliklərinə səbəb ola bilər.

 

 

Tənəffüs sisteminin ən mühüm orqanlarından biri olan ağciyərlər özünü təmizləyə bildiyi üçün brokkoli, Brüssel kələmi, kəklikotu, keçibuynuzu, vəzəri və sarımsağın istehlakı əhəmiyyətlidir.