Bakı 13˚C Mostly sunny

Ahmet Kuralın həbsi ilə bağlı yeni qərar

Maraqlı 12:46 16 yan, 2022

O, bu vaxt ərzində başqa bir səbəbdən cəza almasa, bəraət qazanacaq

Ahmet Kuralın həbsi ilə bağlı yeni qərar

Xəbər verdiyimiz kimi, türkiyəli aktyor Ahmet Kurala keçmiş müğənni sevgilisi Sılaya şiddət göstərməsi səbəb ilə 1 il 4 ay 20 gün həbs cəzası verilib.

Qazet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qərara əsasən, aktyorun keçmişdə məhkumluğu olmadığı və məhkəmə davam etdiyi müddətdə onun davranışları nəzərə alınaraq 1 il ərzində nəzarət altında saxlanacaq. O, bu vaxt ərzində başqa bir səbəbdən cəza almasa, bəraət qazanacaq.

Aktyorun vəkili isə apellyasiya məhkəməsinə müraciət edəcəklərini bildirib.