Bakı 21˚C Partly sunny

Aİ Ukraynanın yenidən qurulmasına 500 milyard avro verə bilər

Cəmiyyət 01:50 04 iyl, 2022

Təxminən 2000 səhifəlik planda geniş spektrli infrastruktur və təhlükəsizlik layihələri, iqlim və rəqəmsal iqtisadiyyata investisiyalar və enerji resurslarının şaxələndirilməsi nəzərdə tutulur.

Aİ Ukraynanın yenidən qurulmasına 500 milyard avro verə bilər

Ukraynanın müharibədən sonrakı bərpası üçün Avropa İttifaqı tərəfindən ayrılacaq maliyyə yardımının həcmi 500 milyard avronu keçə bilər.

Qazet.az Bloomberg -ə istinadən verdiyi məlumata görə, Ukrayna hökuməti yaxın aylarda cavab verəcək donorlar, o cümlədən Aİ ilə layihəni müzakirə edib.

Qeyd olunur ki, Ukrayna iyulun 4-5-də İsveçrənin Luqano şəhərində keçiriləcək konfransda yüz milyardlarla avronu səfərbər edə biləcək ölkənin yenidən qurulması planını təklif edəcək.

Təxminən 2000 səhifəlik planda geniş spektrli infrastruktur və təhlükəsizlik layihələri, iqlim və rəqəmsal iqtisadiyyata investisiyalar və enerji resurslarının şaxələndirilməsi nəzərdə tutulur.

Avropa İttifaqının nümayəndələri bildiriblər ki, blok 500 milyard avronu keçə biləcək ümumi maliyyə yardımının əsas hissəsini verəcək. Avropa Komissiyası hazırda qrantlar və kreditlər daxil olmaqla maliyyələşdirmə variantlarını araşdırır. Ehtimallardan biri, Aİ-nin pandemiyadan sonrakı bərpa fondu üçün vəsait toplama mexanizminə bənzər bazarlarda birgə borclanmadır. Lakin Rusiyanın Ukraynaya qarşı müharibəsi davam etdiyi üçün rəsmilər hələlik şərh verməkdən çəkiniblər.