Bakı 22˚C Sunny

Alek Bolduin çəkiliş meydançasında qadın güllələyib

Hadisə 12:22 22 okt, 2021

Həyatını itirən qadın fotoqrafiya direktoru işləyən 42 yaşındakı Halina Hatçinsdir

Alek Bolduin çəkiliş meydançasında qadın güllələyib

Aktyor Alek Bolduinin Nyu-Meksiko ştatında film çəkilişləri zamanı rekvizit tapançasından atəş açması nəticəsində bir qadın ölüb, bir kişi yaralanıb.

ABŞ ştatının polisi bildirib ki, Bolduinin silahı 19-cu əsr ilə bağlı “Rust” filminin çəkilişləri zamanı atəş alıb.

Qadın xəstəxanaya aparılsa da, aldığı xəsarətlərdən dünyasını dəyişib. Rejissora isə təcili yardım xidməti göstərilir.

Bolduinin sözçüsü AP xəbər agentliyinə yaşanan olayın sadəcə bədbəxt bir hadisə olduğunu deyib.

Həyatını itirən qadın fotoqrafiya direktoru işləyən 42 yaşındakı Halina Hatçinsdir. Müalicə olunan şəxs isə filmin rejissoru 48 yaşlı Coel Souzadır.

Santa Fe şerif sözçüsü AFP xəbər agentliyinə verdiyi açıqlamada, Bolduinin dedektivlərlə danışdığını söylədi.


Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.