Bakı 18˚C Sunny

Ali Məhkəmə xəstəxanada ana ölümünə görə ginekoloqla bağlı qərar elan edib

Hadisə 19:10 18 fev, 2022

Məhkəmənin qərarı ilə onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib

Ali Məhkəmə xəstəxanada ana ölümünə görə ginekoloqla bağlı qərar elan edib

Ali Məhkəmə “Hacıqabul Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsində mama-ginekoloq vəzifəsində işləmiş Könül Ağayevanın barəsində olan hökmdən verilən kassasiya şikayəti ilə bağlı qərar elan edib.

Qazet.az-ın əldə etdiyi məlumata görə, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişin hüquqi varisinin kassasiya şikayəti təmin olunmayıb.

Şirvan Apellyasiya Məhkəməsinin 20 avqust 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, 2020-ci ilin yanvar ayının 17-də Hacıqabul Rayon Mərkəzi Xəstəxanasında rayon sakini, 1997-ci il təvəllüdlü Aytac Həsənova qız uşağı dünyaya gətirib. Ana doğuşdan bir neçə saat sonra ölüb.

Qadının təbii yolla doğuşunu isə xəstəxananın mama-ginekoloq vəzifəsində çalışmış Könül Ağayeva idarə edib.

Daha sonra K.Ağayeva saxlanılıb və barəsində Cinayət Məclləsinin 314.2-ci (Səhlənkarlıq, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

Məhkəmənin qərarı ilə onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Hacıqabul Rayon Məhkəməsinin hökmü ilə K.Ağayeva 3 il müddətinə azadlıqdan məhrum edilib. K.Ağayevanın himayəsində olan 2014-cü il təvəllüdlü uşağı 14 yaşına çatanadək hökm üzrə əsas cəzanın çəkilməsi 21.10.2028-ci il tarixədək təxirə salınıb.

Hökmdən narazı qalan zərərçəkmişin hüquqi varisi apellyasiya şikayəti verib. Şirvan Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib. Daha sonra zərərçəkmişin hüquqi varisi kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.