Bakı 14˚C Sunny

Almaniya hidrogen enerjisi sahəsində tədqiqatlara 2 milyard avro xərcləyəcək

Gündəm 21:40 16 may, 2022

Söhbət həmçinin külək elektrik stansiyalarında açıq dənizdə hidrogen istehsalı imkanlarının tədqiqinə dair layihələrdən gedir.

Almaniya hidrogen enerjisi sahəsində tədqiqatlara 2 milyard avro xərcləyəcək

Almaniya elektrik enerjisi istehsalında hidrogen texnologiyalarının tədqiqi üçün növbəti dörd il ərzində 2 milyard avro ayırmağa hazırlaşır.

Qazet.az TASS-a istinadən xəbər verir ki, bu barədə Almaniyanın Təhsil və Elmi Tədqiqatlar Nazirliyi məlumat yayıb.

Söhbət həmçinin külək elektrik stansiyalarında açıq dənizdə hidrogen istehsalı imkanlarının tədqiqinə dair layihələrdən gedir.

“Bu təşəbbüs çərçivəsində Almaniya Avstraliya ilə əməkdaşlığı gücləndirmək niyyətindədir. İstəyimiz odur ki, cəmi bir neçə il ərzində gəmilər günəş və külək enerjisinin köməyi ilə hasil edilən yaşıl hidrogeni Avstraliyadan Almaniyaya daşısınlar”, - Almaniyanın təhsil və elmi tədqiqatlar naziri Bettina Ştark-Vatzinger bildirib.

Qeyd edək ki, Almaniya Rusiyadan enerji resurslarının tədarükündəki asılılığı tədricən aradan qaldırmağı planlaşdırır. Neft və kömürün ilin sonuna, qazın isə 2024-cü ilə qədər əvəzlənəcəyi gözlənilir.