Bakı 15˚C Mostly sunny

Almaniya parlamentinin nümayəndə heyətinin Azərbaycana səfəri gözlənilir

Siyasət 18:53 26 okt, 2021

Almaniya Bundestaqının üzvləri Azərbaycana gələcək

Almaniya parlamentinin nümayəndə heyətinin Azərbaycana səfəri gözlənilir

Noyabrın 1-2-si Almaniya Bundestaqının nümayəndə heyəti Azərbaycana səfər edəcək.

Səfərin məqsədi Almaniya Bundestaqının Beynəlxalq Parlament Təqaüd proqramı (İPS) üçün Azərbaycandan olan namizədləri seçməkdir. Nümayəndə heyətinə Bundestaqın deputatı Karl-Yulius Kronenberq rəhbərlik edəcək.

Qeyd edək ki, İPS proqramı çərçivəsində dünyanın 44 ölkəsindən 120 təqaüdçü 1 mart - 31 iyul 2022-ci il tarixlərində Almaniya Bundestaqı tərəfindən tam maliyyələşdirilən təqaüd çərçivəsində Almaniyanın parlament sistemi ilə tanış olmaq imkanı qazanırlar.