Bakı 10˚C Sunny

Almaniya Ukraynaya 562 milyon avroluq hərbi məhsullar tədarük edir

Gündəm 20:49 01 iyl, 2022

“İlkin məlumatlara görə, 2022-ci ilin birinci yarısında silah ixracı üçün 4,14 milyard avro məbləğində fərdi lisenziyalar verilib”

Almaniya Ukraynaya 562 milyon avroluq hərbi məhsullar tədarük edir

Almaniya hakimiyyəti 2022-ci ilin birinci yarısı üçün Ukraynaya təxminən 562 milyon avro məbləğində silah və hərbi malların tədarükünü təsdiqləyib.

Qazet.az TASS-a istinadən xəbər verir ki, bu barədə Almaniyanın İqtisadiyyat və İqlim Mühafizəsi Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“İlkin məlumatlara görə, 2022-ci ilin birinci yarısında silah ixracı üçün 4,14 milyard avro məbləğində fərdi lisenziyalar verilib”, - hesabatda deyilir.