Bakı 13˚C Sunny

Almaniyada azərbaycanlı ər-arvada hücum edildi - Milli Ayrıseçkilik

Hadisə 14:05 18 okt, 2021

54 yaşlı yerli sakin azərbaycanlı ailəyə hücum edərək onları təhqir edib və fiziki xəsarətlər yetirib

Almaniyada azərbaycanlı ər-arvada hücum edildi - <span style="color:red">Milli Ayrıseçkilik</span>

Almaniyanın Drezden şəhərində azərbaycanlı ər-arvada tramvayda ksenofobiya (red. - milli mənsubiyyətə nifrət) zəminində hücum edilib. 

Qazet.az alman mediasına istinadən xəbər verir ki, 54 yaşlı yerli sakin ər-arvada hücum edərək onları təhqir edib və fiziki xəsarətlər yetirib. Rəsmi informasiyaya görə bu şəxs psixi xəstədir.

Bildirilir ki, hücum edən şəxs əvvəlcə tramvayda miqrantların ünvanına söyüşlər söyüb, onların ötən həftənin cümə günü nəvələri ilə dalaşdığını bildirib. Daha sonra 67 yaşlı azərbaycanlı kişinin sifətindən zərbə endirib, zərbədən onun alnı çapılıb. Habelə hücum edən şəxs 66 yaşlı azərbaycanlı qadının saçından tutaraq yerə yıxıb, nəticədə qadının sifəti və dizi əzilib. 

Drezden prokurorluğu və polisi hadisəni araşdırır, şəxs barəsində xəsarət yetirmə və təhqir maddələri ilə təhqiqat aparıldığı bildirilir.